Azərbaycan Mərkəzi Bankı valyuta hərracı keçirib

12:39 - 14.03.2019


14 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı növbəti valyuta hərracı keçirib

“Martın 14-də Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir.  Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən  məlumatda belə deyilir.

Martın 12-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.

 

Bütün xəbərlər