Samir Şərifov: Azərbaycanda problemli kreditlərin qaytarılması mexanizmi hazırlanıb

13:16 - 14.03.2019


14 mart, Fineko/abc.az. Dövlət başçısının tapşırığı ilə Azərbaycan Hökuməti ölkədə problemli kreditlər məsələsinin həlli üzrə işləri davam etdirir.

Azərbaycan maliyyə naziri Samir Şərifov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla müvafiq iş aparır.

“Hazırda kreditlərin həcmi və miqdarı dəqiqləşdirilir və alınan məlumatlar əsasında ödənişlər adi qaydada başlanacaq. Maliyyələşdirmə mexanizmi hazırdır və heç bir problem yoxdur. Bütün əsas məsələlər artıq həll olunub”, - nazir belə deyib.

 

Bütün xəbərlər