“Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin təqdimatı olub

14:18 - 14.03.2019


14 mart, Fineko/abc.az. Martın 14-də Avropa İttifaqının maliyyələşdirdiyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Fransanın sosial sahələrlə əlaqədar nazirliklərinin Avropa və beynəlxalq məsələlər üzrə nümayəndəliyinin, Litvanın sosial müdafiə qurumları ilə birgə icra etdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin KİV nümayəndələri üçün təqdimat mərasimi keçirilib.

Tədbirdə Avropa İttifaqı nümayəndəliyinin təmsilçisi Simona Qatti, layihənin benefisiar tərəfdən rəhbəri Aysel İbayeva və “Tvinninq” layihəsinin daimi müşaviri Qediminas Çernaiauskas layihə haqqında məlumat verib.

Layihə çərçivəsində xidmətlər zərfinin hazırlanması və tibbi xidmətlər üzrə satınalma müqavilələrinin bağlanılması, əhalinin ehtiyacları və ölkənin səhiyyə sahəsində strateji maraqları nəzərə alınmaqla müqavilə şərtlərinin formalaşdırılması sahəsində yeni təlimçilər qrupu hazırlanıb.

Bütün xəbərlər