Azərbaycan və İran sabah “Scania” avtobuslarının birgə istehsalı üzrə müqavilə imzalayacaqlar

14.03.2019,15:14


14 mart, Fineko/abc.az. Bakıda Azərbaycan-İran investisiya biznes forumu keçirilir.

Forumda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimiz arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi.

"Ölkələrimiz iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlıq edir, nəticədə 2018-ci ildə ölkələr arasında ticarət 74% artıb. Biz sənaye, kənd təsərrüfatı, turizm kimi sahələrdə əməkdaşlıq edirik, tranzit daşımalar sahəsində əməkdaşlığı genişləndiririk və bu əməkdaşlıq regional səviyyəyə çatdırılır”, - nazir belə deyib.

Onun sözlərinə görə, keçən il təkcə "Şimal-Cənub" nəqliyyat dəhlizində tranzit daşımaların həcmi 10 dəfə artırılıb.

"Gələn il Rusiya ilə sərhəddə, Bakıdan İranla sərhəddə olan yola oxşar yeni avtomobil yolu tikiləcək, sonra İran sahibkarları müasir infrastrukturdan istifadə edərək öz yüklərini tədarük edə biləcəklər", - nazir bildirib.

Nazir həmçinin qeyd edib ki,  sabah, "Scania"  markalı avtobusların istehsalı üzrə Hacıqabul sənaye məhəlləsində birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanacaq.