Prezident İlham Əliyev Albaniya Prezidenti İlir Meta ilə görüşüb

16:15 - 14.03.2019


14 mart, Fineko/abc.az. Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Albaniya Prezidenti İlir Meta ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyev TAP layihəsinə toxunaraq qeyd etdi ki, tikinti işləri uğurla gedir və son mərhələdədir. Prezident İlham Əliyev vurğuladı ki, bu layihə həm də ölkələrimizi və xalqlarımızı birləşdirir. 

TAP layihəsinə toxunan Albaniya Prezidenti də işlərin uğurla getdiyini təsdiq etdi. Prezident İlir Meta Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində əlaqələrin genişləndirilməsində, həmçinin Azərbaycanın Albaniyada daxili qazlaşdırma sisteminin yaradılmasında ölkəsinin maraqlı olduğunu bildirdi.

Bütün xəbərlər