Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb

14.03.2019,16:35


14 mart, Fineko/abc.az. Prezident İlham Əliyev martın 14-də Moldova Prezidenti İqor Dodon ilə görüşüb.

Görüşdə müxtəlif sahələr üzrə ikitərəfli əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparıldı. Həmçinin hökumətlərarası müştərək komissiyanın ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin inkişafı baxımından vacib əhəmiyyəti vurğulandı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi və bir-birinə dəstək göstərdiyi qeyd olundu.