Yenilənmiş “CavanNar”-a qoşul, ikiqat internet əldə et!

17:02 - 14.03.2019


14 mart, Fineko/abc.az. Ölkənin ən gənc və innovativ mobil operatoru olan “Nar”yenilənmiş “CavanNar” tarifini təqdim edir. Artıq bundan sonra “CavanNar” ilə abunəçilər daha çox internetdən istifadə edə və daha çox ünsiyyət qura biləcək. Yenilənmiş “CavanNar” 2müxtəlif paketdə təqdim olunur. Belə ki, “CavanNar 9”-a qoşulmaq istəyənlər aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə əldə edəcəklər. “CavanNar 6” isəistifadəçilərə aylıq 6 AZN ödəməklə 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqətarifdaxili danışıqverir. “CavanNar” tarifinə istənilən yaş qrupuna aid insanlarqoşula bilərlər. Qeyd edək ki, “CavanNar” Azərbaycan mobil rabitə bazarında ən sərfəli internet paketi sayılır.

“CavanNar 9”-a qoşulmaq üçün “C9” yazıb 777-yə göndərmək və ya 777#9#YES yığmaq lazımdır. “CavanNar 6”-ya qoşulmaq üçün isə “C6” yazıb 777-yə göndərmək və ya 777#6#YES yığmaq kifayətdir.

Qeyd edək ki, “CavanNar” tarifinə qoşulan abunəçilər hazırda ölkədə ən geniş şəbəkələrdən birinə malik olan “Nar”-ın 4G şəbəkəsindən istifadə etməklə tam keyfiyyətdə yararlana bilərlər. Bakı və Abşeron yarımadası ilə yanaşı, 47 bölgə “Nar”-ın 4G şəbəkəsi ilə təmin edilib.

“CavanNar” tarifi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

Bütün xəbərlər