İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

14.03.2019,17:45


14 mart, Fineko/abc.az. BFB-dən  bildirilib ki,martın 15-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu" ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Emissiyanın məbləği 20 milyon manat, nominal qiyməti 1000 АZN, hərrac qiyməti 1008.8333 AZN, istiqrazların tədavül müddəti 23 il, faiz dərəcəsi 3 faiz, faiz gəlirinin ödəniş müddəti 6 aydan birdir. "PSG-Kapital İŞ" QSC anderrayter vəzifəsində çıxış edir.

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib.