Cavid Qurbanov: Artıq qatarlar avtomobillərlə toqquşmayacaq

15.03.2019,10:38


15 mart, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) qatarların avtomobillərlə toqquşma faktlarının qarşısının alınması üzrə plan hazırlayıb.

QSC-in sədri Cavid Qurbanov qeyd edib ki, dövlət başçısının tapşırığı ilə qəzaların qarşısının alınması üzrə tədbirlər həyata keçirilir.

“Tədbirlərdə, avtomobil yolları ilə dəmir yolu xətlərinin kəsişmələrinin aradan qaldırılması və kəsişmələrdə yeraltı keçidlərin salınması nəzərdə tutulur. Belə tədbirlər mümkün olan toqquşmaları minimuma endirəcək, sərnişinlərin hərəkəti üçün təhlükəsizlik və rahatlığı təmin edəcək”, -  deyə C.Qurbanov bildirib.