Bu gün AİB-in krediti hesabına Azərbaycanda dəmir yolunun bir hissəsinin tikintisinə dair tenderin qalibi elan olunacaq

11:13 - 15.03.2019


15 mart, Fineko,abc/az. Yay aylarında “Azərbaycan Dəmir Yolları” QSC  (ADY) “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tikintisi çərçivəsində Asiya İnkişaf Bankından (AİB) kredit istifadə etməyə başlayacaq.

ADY-in İdarə Heyətinin sədri Cavid Qurbanovun sözlərinə görə, bu gün Yalama-Astara hissəsinin tikintisinə podratçı seçilməsi üzrə tenderin nəticələri açıqlanacaq.

“Tender müsabiqəsinin qalibi seçildikdən, 3-4 aydan sonra tikinti işlərinə başlanılacaq”, - deyə C. Qurbanov bildirib.

Onun sözlərinə görə, qeyd edilən sahənin tikintisi Asiya İnkişaf Bankının 400 milyon dollar məbləğində krediti hesabına maliyyələşdiriləcək.

 

Bütün xəbərlər