Salyanda dəmir yolunun köçürülməsi 2020-ci ildə başlanacaq

11:29 - 15.03.2019


15 mart, Fineko/abc.az. Azərbaycan, Salyan şəhərinin sahilyanı ərazisindən keçən Bakı-Astara yolunun bir hissəsinin köçürülməsi üzrə layihənin həyata keçirilməsi üçün beynəlxalq məsləhətçiləri cəlb edib.

“Azərbaycan Dəmir Yolları” QSC-in İdarə Heyətinin sədri Cavid Qurbanov layihə işlərinin davam etdiyini və yol üçün torpaq sahəsinin əldə edilməsi prosesinin artıq başa çatdığını bildirdi.

“Layihənin həyata keçirilməsi üzrə hazırlıq işləri, o cümlədən layihələndirmə və kreditin cəlb edilməsi  işləri ilin sonuna qədər başa çatdırılacaq. Köçürülmə artıq gələn il həyata keçiriləcək”, - deyə C. Qurbanov bildirib.

 

Bütün xəbərlər