Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25% azaldıb

15.03.2019,12:36


15 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) martın 15-dən uçot dərəcəsini azaldıb.

AMB-in məlumatına əsasən, uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul edilib.

“Mövcud makroiqtisadi şəraitdə, uçot dərəcəsinin azalması real  faiz dərəcələrinin pozitiv zonada qalması ilə izah olunur ki, bu da xarici və daxili inflyasiya risklərinin neytrallaşmasına xidmət edir. İrəlidə pul siyasətinin reaksiyası inflyasiyanın dinamikasından və ona təsir edən risklərin balansının qiymətləndirilməsindən asılı olacaq”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, AMB-in uçot dərəcəsi məsələsinin baxılması nəzərdə tutulan növbəti iclası 26 aprel 2019-cu il tarixində baş tutacaq.

12 fevral 2018-ci il tarixində Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 15%-dən 13%-ə endirdi. Aprelin 9-da uçot dərəcəsi 13%-dən 11%-dək azaldıldı. Bankın 14 iyun tarixli qərarı ilə uçot dərəcəsi 11%-dən 10%-ə endirildi. Avqustun 1-də bank uçot dərəcəsini 10% səviyyəsində saxlamağa qərar verdi. Oktyabrın 30-da dərəcə 10%-dən 9,75%-ə endirildi. 26 dekabr 2018-ci ildə AMB İdarə heyəti bu nisbəti 9.75% səviyyəsində saxlamağa qərar verdi. 2019-cu il fevralın 1-də Mərkəzi Bank uçot dərəcəsini 9,75%-dən 9,25%-ə endirdi.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,5% azaldıb

 

Açar sözlər: AMB uçot dərəcəsi