330x110
 

Azərbaycanın iqtisadiyyatı 2 ay ərzində 3% artıb

15.03.2019,13:22


15 mart, Fineko/abc.az. Yanvar-fevral aylarında Azərbaycan 11484,5 milyon manat məbləğində məhsul istehsal edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-fevral aylarında adambaşına düşən ÜDM 1 163,8 manat təşkil edib.

“ÜDM-in 47,2%-i sənaye, 10,1%-i ticarət, 5,4%-i nəqliyyat vasitələrinin təmiri, 6,8%-i  nəqliyyat və anbar təsərrüfatı, 3,2%-i kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatı, 2,6%-i turistlərin  yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahəsi, 15,7%-i isə digər sahələrin payına düşüb”, - Dövlət Statistika Komitəsindən bu məlumat bildirilib.

Məlumatda deyilir ki, ölkənin ÜDM-də malların ixracı üzrə vergi payı 7,2% təşkil edib.