Azərbaycan – National Geographic Traveler mükafatının sağlamlaşdırma istirahəti nominasiyasında ilk beşlikdədir

10:46 - 3.10.2017


“TurStat” analitik agentliyi National Geographic Traveler Awards 2017 mükafatının internet səsverməsinin ilkin nəticələrini təhlil edib.

Agentliyin məlumatında bildirildiyi kimi, “Sağlamlaşdırma istirahəti” nominasiyasında Azərbaycan  ilk beş ölkənin sırasına daxildir. Nominasiyada birinci yeri İsrail tutur. İlk beşliyə həmçinin Almaniya, Sloveniya və İsveçrə daxildir.

“Qəbələdə yerləşən Chenot Palace oteli “Ən yaxşı kurort oteli” nominasiyasında ilk beşliyə daxil olub”, - deyə məlumatda bildirilir.

Çimərlik nominasiyasında Yunanıstan liderlik edir, ailə istirahəti nominasiyasında – Kipr, ekskursiya istirahətində - İtaliya, dağ-xizək istirahətində  - Avstriya, macəra istirahətində - Argentina, ekzotik istirahət nominasiyasında  birincilik Yaponiyaya aiddir, qastronomiya və aqroturizm nominasiyasında Gürcüstan liderdir, “ilin kəşfi” nominasiyasına isə Çin layiq görülüb.
Sağlamlaşdırma istirahətində Rusiyada birinci yeri Altay diyarı tutur. Kamçatka  - macəra istirahətində, Xakasiya – ekologiya istirahətində, Leninqrad vilayəti isə - ekskursiya istirahətində irəlidədir.

National Geographic Traveler Awards 2017 mükafatının internet səsverməsi 22 may tarixindən 15 oktyabr tarixinə qədər linki aşağıda göstərilmiş saytda keçirilir: http://www.nat-geo.ru/ngt-awards-2017/
 
 
 

Bütün xəbərlər