İlham Əliyev İSESCO-nun baş direktorunu qəbul edib

15.03.2019,16:02


15 mart, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.

Dövlət başçısı bu gün də Kolumbiya Universitetində Yer İnstitutunun direktoru, BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə Baş katibinin xüsusi məsləhətçisi Cefri Saksı qəbul edib. Həmçinin, Azərbaycan prezidenti Kral Faysal Türki Əl Feysal adına İslam Araşdırmalar və Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri ilə görüşüb və İranın İqtisadi və Maliyyə İşləri Naziri Fərhad Dejpəsəndin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.