330x110
 

“Carlsberg Azerbaijan” və “Green Baku” Bakı Mühəndislik Universitetinin ərazisində xiyaban saldılar

15.03.2019,16:16


15 mart, Fineko/abc.az. 14 mart, Novruz bayramı ərəfəsində, Carlsberg Azerbaijan pivə istehsalı şirkəti Green Baku ekoloji təşkilat ilə birlikdə Bakı Mühəndislik Universitetinin ərazisində zeytun ağaclarının əkinini təşkil etdi. Pivə istehsalı zavodunun 50 illik yubileyinə həsr olunmuş aksiya Carlsberg Azerbaijan tərəfindən təşkil olunmuşdur.

Tədbirin əvvəlində Bakı Mühəndislik Universitetinin prorektoru Yavər Məmmədov Carlsberg Azerbaijan-a təşəbbüsünə və ətraf mühitə göstərilən qayğıya görə təşəkkürünü bildirdi. Öz növbəsində, Carlsberg Azerbaijan şirkətinin baş direktoru Vyaçeslav Maltsev gələcək nəsillər üçün ətraf mühitin qorunub saxlanması üçün müxtəlif sənayelərin nümayəndələri arasında əməkdaşlığın və birgə işin vacibliyini vurğuladı. V. Maltsev həmçinin qeyd etdi ki, ətraf mühitin qorunması Carlsberg Group-un fəaliyyətinin tərkib hissəsidir. Belə ki, 2017-ci ildə Carlsberg Group "Birlikdə SIFIRA Doğru" uzunmüddətli dayanıqlı inkişaf proqramını hazırladı, onun əsas istiqamətlərinə atmosferə karbon tullantıların azaldılması və planetin su ehtiyatlarının qorunması da daxil edilmişdir.

Aksiyada Bakı Mühəndislik Universitetinin tələbələri, Carlsberg Azerbaijan şirkətinin əməkdaşları, Green Baku təşkilatının üzvləri iştirak etmişdilər. Aksiya zamanı 200-dən çox ağac əkilmişdir.

Qeyd edək ki, Carlsberg Azerbaijan həm ekoloji layihələrə, həm də yerli icma ilə qarşılıqlı əlaqəyə böyük diqqət ayırır. Beləliklə, 2018-ci ilin mart ayında şirkət ekoloji breyn-rinq təşkil etmiş, həmin ilin iyul ayında Abşeron rayon Gözdən Əlillər Cəmiyyətinin üzvləri olan 100 ailənin nümayəndələrinə yardım etmişdir.

Carlsberg həmçinin beynəlxalq səviyyədə qablaşdırma sahəsində ətraf mühitə təsiri azaltmaq üçün nəzərdə tutulmuş innovasiyaları ilə tanınır, bunların sırasında SnapPack innovasiya qablaşdırmasını, lif butulka (Fiber bottle) və bir sıra digər innovativ təşəbbüsləri qeyd etmək olar.

2015-ci ildən bəri Carlsberg Group həmçinin dünyanın böyük pivəbişirmə şirkətləri tərəfindən qeyd olunan Ümumdünya məsuliyyətli pivə istehlakı gününü dəstəkləyir.

“Carlsberg Azerbaijan” pivə bişirmə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralıda yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitr təşkil edir, şirkətdə təxminən 250 nəfər işçi və təxminən 400 nəfər vasitəçi işləyir (distribüterlər, agentliklər, podratçılar). Şirkətin zavodun inkişafına sərmayələrinin ümumi məbləği təxminən 50 mln. AZN təşkil edir. Şirkətin portfelində Xirdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika Kuler, Efsane, Zhigulevsky phirmennoe, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth&Riley's Garage kimi məşhur brendlər var.

“Carlsberg Group” 1847-ci ildə təsis olunub və hal-hazırda dünyanın ən iri pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Carlsberg Group dünyanın üç iri regionunun – Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində zavodlara malikdir və onun məhsulları 150 ölkədə təqdim olunub. Şirkətin portfelində 140-dan çox pivə markası var. Qrupun əməkdaşlarının ümumi sayı 42000-dən çoxdur.