Azərbaycanda tələbin artımı ARDNŞ İstiqrazlarının bahalaşmasına gətirib çıxardı

16:14 - 24.11.2017


24 noyabr, Fineko/abc.az. Azərbaycanın qiymətli kağızlar bazarında qiymətlər xeyli qalxıb.

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) İstiqrazlarının marketmeykeri olan “PSG KAPITAL” şirkətinin məlumatında deyildiyi kimi, istiqrazların qiyməti kəskin yüksələrək, 1010 dolları keçib.

“Belə ki, hazırda birjada ARDNŞ İstiqrazlarının alış qiyməti 1004,80 dollar, satış qiyməti isə 1010 dollardır. Noyabrın 20-də isə ARDNŞ İstiqrazlarının alış qiyməti 1003.2 dollar, satış qiyməti isə 1007,6 dollar idi”, - məlumatda belə deyilib.

 

Bütün xəbərlər