“Bakı Fəhləsi maşınqayırma zavodu” ASC-nin özəlləşməsi üzrə investisiya müsabiqəsi elan edilib

15:20 - 18.03.2019


18 mart, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi “Bakı Fəhləsi maşınqayırma zavodu” ASC-nin özəlləşməsi üzrə investisiya müsabiqəsi elan edib.

Müsabiqənin qalibləri nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 60 təqvim günü müddətində əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişləri həyata keçirməli, 120 təqvim günü müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməlidirlər. Həmçinin öhdəlik götürəcəyi sayda, lakin 150-dən az olmayaraq, yeni iş yerinin yaradılmasını,  30 təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə 4 min 720 manat məbləğində vəsaitin ödənilməsini və digər müqavilədə göstərilən şərtləri həyata keçirməlidirlər.  

İddiaçıların ərizə və təkliflərinin qəbulu 17 aprel 2019-cu il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Komitəsinin ünvanında aparılacaqdır.

Bütün xəbərlər