AMB yenilənmiş 10 manatlıq əskinazı dövriyyəyə buraxdı

15:54 - 18.03.2019


18 mart, Fineko/abc.az. 18 mart 2019-cu il tarixindən etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən tədavülə yeni 10 manatlıq əskinaz buraxılmışdır.

“Tədavülə buraxılmasından 13 il keçməsinə baxmayaraq bu pul nişanları öz estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə və mühafizə sistemlərinə görə aktuallığını hələ də qoruyur.

Bununla yanaşı, dünyada pul nişanlarının yaradılması və istehsalı sahəsində bir çox yeniliklər baş verir,  innovasiyalar, nano və mikro texnologiyalar geniş tətbiq olunur”, - AMB-in məlumatında belə deyilir.

Bununla bağlı Mərkəzi Bank tərəfindən “Azərbaycan tarixinə” həsr olunmuş 10 manatlıq pul nişanının təkmilləşdirilməsi və mühafizə elementlərinin müasirləşdirilərək dizayn mövzusu hazırlanmışdır.

Bundan əvvəl, 2018-ci ilin may ayında tədavülə 200 manatlıq pul nişanı buraxılmışdır.

Hazırda Azərbaycanda dövriyyədə 1, 5, 10, 20, 50,100 və 200 manat dəyərində əskinazlar mövcuddur.

https://uploads.cbar.az/press-releases/c6eafb918f13b81409da476e2.pdf

 

Bütün xəbərlər