Bank VTB (Azərbaycan)-ın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək

16:03 - 18.03.2019


18 mart, Fineko/abc.az. 30 aprel 2019-cu il tarixində Bank VTB (Azərbaycan)-nın səhmdarlarının növbəti ümumi yiğincaği keçiriləcək. Tədbir bankın baş ofisində, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

  • Bankın Səhmdarlarının növbəti Ümumi Yığıncağının katibinin seçilməsi
  • Bankın 2018-ci ilə olan maliyyə hesabatlığına baxılması
  • Bankın 2018-ci ilə olan mənfəətinin bölüşdürülməsi və dividentlərin ödənilməsinə dair təkliflərə baxılması
  • Bankın əqdlərinin razılaşdırılması
  • Müşahidə şurasının tərkibi
Bütün xəbərlər