Yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox olub

18.03.2019,16:58


18 mart, Fineko/abc.az. Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 3 milyard 532,9 milyon manat, xərcləri isə 2 milyard 954,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 578,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 5 faizi qədər profisit yaranıb.