Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil təqdim olunacaq

18.03.2019,17:12


18 mart, Fineko/abc.az. Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə və onlara bərabər tutulanlara nəzərdə tutulduğundan (180 avtomobil) üç dəfədən çox olmaqla 600-ədək avtomobil təqdim olunacaq.

Hazırda dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunmaq üçün növbədə dayanan əlilliyi olan vətəndaşların sayı 997 nəfərdir ki, cari il ərzində onlardan da artıq 600-ə yaxın şəxsin avtomobillə təminatı həyata keçiriləcək.

Qeyd edək ki, 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, indiyədək isə 6 min 654 mənzil təqdim edilib. Dövlət başçısının tapşırığı ilə cari ildə həmin kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcək.