“Türk Hava Yolları” Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara başlayır

18:00 - 18.03.2019


18 mart, Fineko/abc.az. Türk Hava Yolları 31 mart tarixindən etibarən Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara start verir.

İlk mərhələdə - 31 mart-29 may aralığında baş tutacaq uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək. Bu tarixlər aralığında həftənin bazar ertəsi, çərşənbə və bazar günlərində Antalya-Bakı reysi reallaşdırılacaq. Əks istiqamətdə olan Bakı-Antalya reysi isə həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günlərində həyata keçiriləcək.

1 iyun tarixindən etibarən isə Antalya-Bakı-Antalya istiqamətində aviareyslər gündəlik rejimdə baş tuatacaq.

Təyyarələrin uçuş saatları yerli vaxtla  Antalya-Bakı (AYT BAK)  23:55-3:40  Bakı-Antalya (BAK AYT) 05:15-70:25 göstərilib.

Qeyd olunan istiqamətlərdə biletlər artıq satışa təqdim olunmuşdur.“

 

Bütün xəbərlər