Azərbaycan nefti bahalaşdı

10:04 - 19.03.2019


19 mart, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,32 dollar və yaxud 0,47% artıb.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,50 dollar təşkil edir.

Martın 18-də Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin aprel fyuçersi 0,57 dollar (0,97%) artaraq bir barelə 59,09 dollar təşkil etmişdir. 

9:15-də “WTI” markalı neftin aprel fyuçersi 0,05 dollar (0,08%) azalaraq 59,04 dollar / barelə təşkil etmişdir.

Bazar ertəsi Londonun “ICE Futures” birjasında “Brent”in may fyuçersi 0,38 dollar (0,57%) artaraq bir barelə 67,54 dollar təşkil etmişdir. 

“Brent” markalı neftin may ayına olan fyuçers qiymətləri 9:15-də 0,08 dollar (0,12%) artaraq bir barelə 67,62 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər