Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib

10:47 - 3.10.2017


Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı verib.

Dövlət başçısının müraciətində deyilir: “Las-Veqas şəhərində keçirilən musiqili festival zamanı insanların atəşə tutulması nəticəsində çoxsaylı qurbanlar və yaralananlar haqqında xəbər məni çox sarsıtdı. Öz adımdan və Azərbaycan xalqının adından Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına dərin başsağlığı bildirirəm, yaralananlara şəfa diləyirəm”.

 

Bütün xəbərlər