“Ata Sığorta” şirkəti 2018-ci ili 7 milyon manatlıq itki ilə yekunlaşdırdı

19.03.2019,11:27


19 mart, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkəti “AtaSığorta” 2018-ci ildə maliyyə fəaliyyətinin yekunlarını açıqlayıb.

Şirkətin hesabatına görə, “Ata Sığorta”nın aktivləri hesabat ilinin sonunda 28.418 milyon manat təşkil edib.

“Şirkətin keçən il gəlirləri 17,99 milyon manat, xərcləri 25,003 milyon manat təşkil edib. Şirkət 70 min manat məbləğində mənfəət vergisi ödəmiş və nəticədə şirkət ili 7.07 milyon manat həcmində itki ilə başa vurdu”, - hesabatda belə deyilir.

 

Açar sözlər: AtaSığorta