Azərbaycan Mərkəzi Bankı valyuta hərracı keçirib

19.03.2019,12:59


19 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib.

“Martın 19-da Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir.  Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən  məlumatda belə deyilir.

Martın 14-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.