“Azəri Light” markalı neftin qiyməti artıb

10:41 - 27.03.2019


27 mart, Fineko/abc.az. "Azəri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,69 dollar və yaxud 1% artıb.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 69,38 dollar təşkil edir.

Nyu-York Əmtəə Birjasında (NYMEX) martın 26-da keçirilən ticarətin nəticəsinə görə, WTI markalı neftin may fyuçersinin qiyməti 1,12 dollar (1,9%) yüksələrək bir barelə 59,94 dollar təşkil etmişdir.

WTI markalı neftin fyuçers qiymətləri səhər 0,09 dollar (0,15%) artaraq bir barelə 60,03 dollar təşkil etmişdir.

Londonun ICE Futures birjasında çərşənbə axşamı keçirilən ticarətin nəticəsinə görə,  Brent markalı neftin may fyuçersi 0,76 dollar (1,13%) artaraq bir barelə 67,97 dollar təşkil etmişdir.

Brent-in may fyuçersləri saat 9:20-də 0,22 dollar (0,32%) artaraq bir barelə 68,19 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər