İlham Əliyev və Nikol Paşinyan martın 29-da Vyanada görüşəcəklər

27.03.2019,11:53


27 mart, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün tarixi açıqlanıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş 29 mart tarixində Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

“Bu qərar, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin müzakirə edilməsi məqsədi ilə  daxil olan təklif əsasında qəbul edilmişdir”, - XİN-dən bildirib.