Səudiyyənin “Flynas” lou-kosteri yayda Bakıya uçacaq

12:43 - 27.03.2019


27 mart, Fineko/abc.az. Səudiyyə Ərəbistanının ilk lou-kosteri olan “Flynas” aviaşirkəti Bakıya uçuşları həyata keçirməyi planlaşdırır.

“Əl-Zəvya” xəbər verir ki, aviaşirkət yeni beynəlxalq uçuşlar həyata keçirməyi planlaşdırdığını açıqlamış və hətta onların başlanğıc tarixini bildirmişdir.

Bakı istiqamətində uçuşlar bu ilin yay mövsümünə planlaşdırılır.

 

Bütün xəbərlər