Britaniyanın “Mott MacDonald” şirkəti Bakıda tullantıların idarə olunması konsepsiyasını hazırlayır

27.03.2019,13:21


27 mart, Fineko/abc.az. Bakının İcra Hakimiyyətində paytaxt və rayonlarda sanitariya təmizliyinə həsr olunmuş iclas keçirilib.

İcra Hakimiyyətinin məlumatına görə, Bakı şəhər hakimiyyətinin sifarişi ilə tanınmış Britaniya şirkəti Mott MacDonald Bakıda məişət tullantılarının xaric edilməsi və idarə olunması konsepsiyası hazırlayır.

“Bu beynəlxalq səviyyədə tanınmış şirkətin aparıcı mütəxəssislərinin və rəhbərliyinin etirafına əsasən, geniş əraziyə, mürəkkəb landşaft və küləkli hava şəraitinə baxmayaraq, Bakıda sanitariya vəziyyəti qənaətbəxş səviyyədədir”, - deyə İcra Hakimiyyətindən  bildirilib.

Məlumatda həmçinin deyilir ki, bu vəziyyət, icra hakimiyyətini tam olaraq qane etmir və bu sahəyə diqqət və nəzarət artırılacaq.