Rusiya turistləri daha çox Türkiyədə və daha az İranda istirahət etməyi tərcih edirlər

27.03.2019,16:37


27 mart, Fineko/abc.az. “TurStat” analitik agentliyi, ilin yekunlarına görə Rusiyadan xaricə  getmə turizm səfərlərinin statistikasını təhlil edərək,  2018-ci ildə Rusiya turistləri tərəfindən ziyarət edilən ölkələrin reytinqini tərtib edib.

2018-ci ildə getmə turizmin statistikası göstərir ki, 2017-ci ilə nisbətən Rusiyadan xaricə getmə səfərlər artmışdır.

Rusiyadan Türkiyəyə, Gürcüstana, İtaliyaya, Birləşmiş Ərəb Əmirliklərinə, Tunisə, Macarıstana, Qətərə, Kubaya və bir sıra digər ölkələrə getmə turizm 20%-dən çox artmışdır.

“TurStat”ın məlumatına görə, Türkiyə 2018-ci ildə Rusiya turistlərinin xarici səfərləri üzrə lideridir. Rusiyalıların Türkiyəyə turizm səfərlərinin sayı 5,7 milyondan çox səfər təşkil edib ki, bu da 2017-ci ildə qeyd edilən göstəricidn 27% çoxdur. Turistlərin az bir qismi İrana səfər etməyi tərcih ediblər. Bu ölkəni yalnız 9 min Rusiya vətəndaşı ziyarət etmişdir.