Azərbaycan neftinin qiyməti artıb, neftin etalon markalarının qiyməti enir

10:01 - 28.03.2019


28 mart, Fineko/abc.az. "Azəri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,08 dollar (0,12%) yüksələrək bir barelə 69,46 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) martın 27-də keçirilən ticarətin nəticəsinə görə, WTI markalı neftin may fyuçersinin qiyməti 0,53 dollar (0,88%) azalaraq bir barelə 59,41 dollar təşkil etmişdir.

WTI markalı neftin fyuçers qiymətləri səhər 0,25 dollar (0,42%) enərək bir barelə 59,16 dollar təşkil etmişdir.

Londonun ICE Futures birjasında çərşənbə günü keçirilən ticarətin nəticəsinə görə,  Brent markalı neftin may fyuçersi 0,14 dollar (0,21%) enərək bir barelə 67,83 dollar təşkil etmişdir.

Brent-in may fyuçersləri saat 9:10-da 0,10 dollar (0,15%) enərək bir barelə 67,73 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər