İlham Əliyevin tapşırığı ilə “Diqlas” ticarət mərkəzində yanan dükan sahibləri təzminat alacaqlar

11:52 - 28.03.2019


28 mart, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev paytaxtın Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara dəymiş zərərin əvəzini ödəməyi tapşırıb.

modern.az saytının məlumatına görə, bu gün səhər Nizami rayonunun İcra Hakimiyyətində yanmış "Diqlas" mərkəzinin sahibkarları və ticarətçiləri ilə görüş keçirilib. Tədbirdə Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov iştirak etmişdir.

“Ticarət Mərkəzində baş vermiş yanğına dair müraciətlər dövlət başçısına göndərilib. Prezidentin tapşırığı ilə, icarəçilərlə görüş keçirilmişdir. Zərərin məbləği müəyyən ediləcək və hər kəsə təzminat ödəniləcək”, - deyə H.Mövsümov bildirib.

Onun sözlərinə görə, növbəti mərhələdə hadisədə təqsirli olanlar hüquqi məsuliyyətə cəlb olunacaq.

 

 

Bütün xəbərlər