Azərbaycanda həyat sığortası üzrə daha bir şirkət yarandı

12:23 - 28.03.2019


28 mart, Fineko/abc.az. Azərbaycanda yeni, sayca dördüncü həyat sığortası şirkəti qeydiyyatdan keçib.

Martın 27-də Maliyyə Bazarlarına Nəzarət Palatası (FIMSA) "Xalq Hayat Sigorta" ASC-nə həyat sığortası xidmətlərinin göstərilməsi üçün lisenziya verib.

Beləliklə, Azərbaycanda həyat sığortası xidmətlərini hazırda Atəşgah Həyat Sığorta, Qala Hayat Sığorta, PAŞA Hayat Sığorta və Xalq Həyat Sığorta şirkətləri göstərir.

 

 

Bütün xəbərlər