Tariyel İsmayılov “Bank Respublika”nın İdarə Heyətinin yeni sədri oldu

12:23 - 28.03.2019


28 mart, Fineko/abc.az. “Bank Respublika” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bankın məlumatında deyilir ki, Müşahidə Şurasında, “Bank Respublika”nın İdarə Heyətinin yeni sədri vəzifəsinə Tariyel İsmayılovun təyin edilməsi barədə qərar qəbul edilib.

“Yeni sədr aprel ayının 2-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq”, - məlumatda belə deyilir.

Tariyel İsmayılov, daha öncə “AccessBank” QSC-də İdarə Heyətinin Sədrinin müavini vəzifəsində çalışıb.

 

 

Bütün xəbərlər