Azərbaycan nefti ucuzlaşdı

10:13 - 29.03.2019


29 mart, Fineko/abc.az. "Azəri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,94 dollar (1,35%) azalaraq bir barelə 68,52 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) martın 28-də keçirilən ticarətin nəticəsinə görə, WTI markalı neftin may fyuçersinin qiyməti 0,11 dollar (0,19%) azalaraq bir barelə 59,30 dollar təşkil etmişdir.

WTI markalı neftin fyuçers qiymətləri səhər saat 9:15-də  0,31 dollar (0,52%) artaraq bir barelə 59,61 dollar təşkil etmişdir.

Londonun ICE Futures birjasında cümə axşamı günü keçirilən ticarətin nəticəsinə görə,  Brent markalı neftin may fyuçersi 0,01 dollar (0,01%) enərək bir barelə 67,82 dollar təşkil etmişdir.

Brent-in may fyuçersləri saat 9:15-də 0,27 dollar (0,4%) bahalaşaraq bir barelə 68,09 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər