Azərbaycanın energetika naziri Qaz İxrac edən Ölkələr Forumunun IV sammitində çıxış etdi

10:10 - 27.11.2017


27 noyabr, Fineko/abc.az. 24 noyabr tarixində Energetika naziri Pərviz Şahbazov Boliviyanın Santa Kruz şəhərində keçirilən Qaz İxrac edən Ölkələr Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının IV Zirvə Toplantısında iştirak edib.

Energetika Nazirliyindən verilən xəbərə əsasən, Forumda təbii qaz ehtiyatlarının suverenliyinin təşviqi, qaz bazarında sabitliyin təmin olunmasına töhfə verilməsi, üzv ölkələr arasında texnologiya mübadiləsinin yaxşılaşdırılması, Forumun təbii qaz sektorunda etibarlı və lider qurum kimi mövqeyinin  möhkəmləndirilməsi kimi məsələlər diqqət mərkəzində olub.

Sammitdə çıxış edən nazir Pərviz Şahbazov  vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və istismarı Azərbaycanı qlobal enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşa çevirib.

 

Bütün xəbərlər