Bakı-Tbilisi-Qars marşrutu üzrə ilk sərnişin qatarı Azərbaycana bu gün gələcək

11:49 - 29.03.2019


29 mart, Fineko/abc.az. Bu gün Bakıya Bakı-Tbilisi-Qars beynəlxalq nəqliyyat xətti ilə ilk sərnişin qatarı gələcək.

Test rejimində fəaliyyət göstərən sərnişin qatarı martın 27-də Gürcüstan ərazisinə gəlib və 28 mart tarixində Azərbaycana yola düşüb.

İsveçrə istehsalı olan “Stadler” qatarları günün birinci yarısında paytaxta  çatmalıdır.

 

Bütün xəbərlər