Kapital Bank yanğında məhv olmuş “Diqlas” ticarət mərkəzinin sahibkarlarına kompensasiya verəcək

11:50 - 29.03.2019


29 mart, Fineko/abc.az. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlarla görüş keçirib.

N.Səfərov görüşdə bildirib ki, sahibkarlar Kapital Bank vasitəsilə dövlət tərəfindən ayrılan təzminat alacaqlar.

“Bankda, zərərçəkənlərin adına hesablar açılacaq. Onlar, təqdim edilmiş plastik kartlar vasitəsilə pul ala biləcəklər”, -  deyə nazir müavini bildirib.

 

Bütün xəbərlər