"Subaru" Çin bazarında satdığı avtomobilləri geri çağırır

11:31 - 1.04.2019


1 aprel, Fineko/abc.az. Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasının məlumatına əsasən bildirilir ki, Yaponiyanın tanınmış istehsalçısı "Subaru" Çin bazarında satdığı 132 min 954 avtomobili təhlükəsizlik məsələlərinə görə geri çağırır. Aprelin sonunda başlanacaq geri çağırma prosesi 90 min 631 "Forester", 41 min 703 "XV" və 620 ədəd "Impreza" modelindən olan avtomobili əhatə edəcək.

İstehsalçı şirkətin qənaətinə görə, həmin avtomobillərin silikon tərkibli təmizləyici vasitələrindən əmələ gələn qaz "stop" işıq siqnalını sızaraq, elektrik kontaktını əsə bilər. Bu, arxadan hərəkət edən avtomobilləri çaşdıraraq, toqquşmalara səbəb ola bilər. "Subaru" qüsurlu hissələri öz hesabına dəyişəcək.

Bütün xəbərlər