Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

11:14 - 27.11.2017


27 noyabr, Fineko/abc.az. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, monitorinqin keçirilməsi, noyabrın 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatında bildirildiyi kimi, monitorinq Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller tərəfindən keçiriləcək.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Joviç və Martin Şuster keçirəcəklər.

 

 

Bütün xəbərlər