Yanvar-fevral aylarında Azərbaycanda yaşayan əcnəbilər bank kartları vasitəsi ilə 173,6 milyon manat xərcləyiblər

15:44 - 1.04.2019


1 aprel, Fineko/abc.az. Yanvar-fevral aylarında Azərbaycana 152 ölkədən 364,2 min vətəndaş gəlmişdi.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart sayında bildirilir ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə, xaricdən gələnlərin sayı 3,3% artmışdı.

“Hesabat dövründə xaricdən gələnlər 173,6 milyon manatlıq bank kartları əməliyyatları aparmışlar. Yalnız fevral ayında əcnəbilər kartlar vasitəsilə 85,3 milyon manat həcmində əməliyyatlar aparmışlar”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər