Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün kreditlərini banklar ödəyəcək

02.04.2019,14:16


2 aprel, Fineko/abc.az. 29 mart 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir.

İclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 (min) AZN qədər kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilmişdir.