“Buta Airways” Bakı-Batumi-Bakı aviareysini sentyabrın 13-dək həyata keçirəcək

16:21 - 2.04.2019


2 aprel, Fineko/abc.az. Azərbaycanın “Buta Airways” loukoster aviaşirkəti iyunun 14-dən başlayaraq sentyabrın 13-dək Bakı-Batumi-Bakı marşrutu üzrə həftədə 2 dəfə uçuşlar həyata keçirəcək. Gürcüstanın Mülki Aviasiya Agentliyi yaz-yay mövsümü ilə əlaqədar 2 ölkənin aviaşirkətinə Batumiyə birbaşa uçuşlar həyata keçirmək üçün icazə verib.

Uçuşlar “Embraer E-190”, “Airbus A-319” və “A-320” model təyyarələr vasitəsilə reallaşdırılacaq.

Ukraynanın “SkyUp Airlines” şirkəti də Batumiyə birbaşa uçuşlar həyata keçirəcək. Şirkət mayın 25-dən başlayaraq Kiyev-Batumi–Kiyev istiqamətində həftədə 10 uçuş yerinə yetirəcək.

Bütün xəbərlər