Azərbaycanda əhalinin sayı 9 milyon 988 min 437 nəfərə çatıb

17:04 - 2.04.2019


2 aprel, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən məlumatına əsasən, bu il fevral 1-nə olan məlumata görə, Azərbaycanda əhalinin sayı 9 milyon 988 min 437 nəfərə çataraq ilin əvvəlindən 6980 nəfər və ya 0,1 faiz artıb.

Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1003 qadın düşür. Yanvarda ölkədə 5432 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,5 təşkil edib.

Bütün xəbərlər