AMB 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

17:23 - 3.04.2019


3 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB)  qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjasının xəbərinə əsasən, aprelin 3-də AMB 50101473S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlar təklif etmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiyməti 99.3432 AZN (8.50%) ilə 99.4581 AZN (7.01%) arasında olan 18 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 371 307,2 min AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiymət  99,4581 AZN (7.01%) səviyyəsində müəyyən edilmişdir. Hərrac nəticəsində  250 milyon manat  həcmində  qısamüddətli notlar yerləşdirilmişdir. 

Notların ödəmə tarixi: 1 may  2019-cu il.

 

Bütün xəbərlər