Neftin qiymətləri azalır

09:55 - 4.04.2019


4 aprel, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin 1 barelinin qiyməti 0,37 dollar və yaxud 0,52% azalaraq bir barelə 70,79 dollar təşkil edib.

Aprelin 3-də Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin may fyuçersi 0,12 dollar (0,19%) azalaraq bir barelə 62,46 dollar təşkil etmişdir. 

Saat 9:15-də “WTI” markalı neftin may fyuçersi 0,08 dollar (0,13%) azalaraq 62,38 dollar / barelə təşkil etmişdir.

Çərşənbə günü Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 0,06 dollar (0,09%) enərək bir barelə 69,31 dollar təşkil etmişdir. 

“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 9:15-də 0,04 dollar (0,06%) azalaraq bir barelə 69,27 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər