ABŞ-da Boeing 737 MAX təyyarəsinin modernləşdirilməsinə nəzarət üzrə komissiya yaradıldı

10:13 - 4.04.2019


4 aprel, Fineko/abc.az. ABŞ Federal Aviasiya Administrasiyası (FAA), Boeing 737 MAX təyyarələrinin modernləşdirilməsinə nəzarət üzrə birgə komissiyanın yaradılmasını açıqladı.

Agentliyin məlumatına görə, FAA nəzarət orqanının tərkibində Aeronavtika və Kosmik Fəzanın Tədqiqatları üzrə ABŞ Milli İdarəsi (NASA), eləcə də beynəlxalq aviasiya tənzimləyiciləri ilə əməkdaşlıq edəcək.

“Komissiya, MCAS (Maneuvering Characteristics Augmentation System – manevrləmə xarakteristikalarının yaxşılaşdırılması sistemi) sisteminin modernləşdirilməsinin nəticələrinə nəzər salacaq, çünki təxmin edilir ki, bu sistemin işində baş vermis nasazlıq, Efiopiya layneri Boeing 737 MAX 8'in qəzasına  gətirib çıxardı”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər