Dünyada ilk dəfə Cənubi Koreya 5G şəbəkələrinin kommersiya istifadəsinə başladı

04.04.2019,10:36


4 aprel, Fineko/abc.az. Cənubi Koreya dünyada ilk olaraq 5G mobil şəbəkəsinin kommersiya istifadəsinə başlayıb: ötən günün axşam saatlarında Cənubi Koreyanın üç aparıcı operatoru SK Telecom Co., KT Corp. və LG Uplus Inc bu formatda xidmətlər göstərməyə başladı.

Cənubi Koreyanın Elm və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, hökumətin planlarına əsasən, 5G şəbəkələri yalnız Seul kimi böyük şəhərlərdə mövcud olacaq və bu ilin sonuna qədər əhatə dairəsi bütün ərazilərin təxminən 85 faizini təşkil edəcək.

5G şəbəkələri real vaxtda məlumatlarınızı saniyədə 10 Gbit-dən yuxarı sürətlə mübadilə etməyə imkan verəcək və bu da 4G şəbəkələrindən 30 dəfə daha sürətli olacaq.  5G texnologiyaları həmçinin məlumatların yüklənməsi zamanı minimum vaxt və şəbəkəkin böyük həcmini təmin edəcək.